Məşhur rəssam Van Qoqun oğurlanan iki əsəri aşkarlanıb

42abb975-08df-4a96-8530-bf29df3f8d44Niderlandın dünyaca məşhur rəssamı Van Qoqun oğurlanmış iki əsəri İtaliyanın Neapol şəhərində aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, əsər yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanıb.

Məlumata görə, “Sxveninqendən dəniz görüntüsü” (1882-ci ildə çəkilmiş) və “Dindarların Nyunenen islahatçı kilsəsində çıxışı” (1884-1885-ci illər) adlı əsərlər 2002-ci ildə Amsterdamdakı Van Qoq Muzeyindən oğurlanıb. Əsərlər polisin axtarışı və təhqiqatı nəticəsində tapılıb və yaxşı vəziyyətdədir.

Rəsm əsərlərinin Hollandiyaya veriləcəyi vaxt haqda məlumat yayılmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR