“Əminəm ki, Azərbaycan Konstitusiyasına yazılacaq təzə sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq” – Lütfi Zadə

realmadrid-cropped_ig9dwcfvemtl1tluf90r1av8gDünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycanda keçiriləcək referenduma toxunub

Dia.az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazoya verdiyi açıqlamada alim referendumun keçiriləmsini alqışlayıb.

“Mən Azərbaycanda gedən quruculuq prosesini çox diqqətlə izləyirəm. Azərbaycan indi referenduma hazırlaşır. Yəqin ki, bu, zərurətdən yaranıb. Konstitusiya dövlət quruluşunun əsasıdır, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirir. Bilirəm ki, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin çoxu ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsi, mənafelərinin daha səmərəli təmin edilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Konstitusiyasına yazılacaq təzə sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”.

Alim tarixi vətənində onun qeyri-səlis məntiqini daha da inkişaf etdirən gənc alimlərin də olduğunu diqqətə çatdırıb.

“Qeyd etdiyim kimi, Azərbaycanda çox savadlı cavan insanlar var və orada qeyri-səlis məntiqdə artıq bir neçə işlər görülmüşdür. Heydər Əliyev adına Biliklərə Əsaslanan Sistemlər və Tətbiqi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və Beynəlxalq Konfranslar Mərkəzinin yaradılması bu işlərə təkan olacaq. Çünki Azərbaycan intellektual işlər üçün çox gözəl coğrafi yerdədir. Azərbaycan böyük ölkə olmasa da, onun elmlə təhsillə bağlı işlər üçün potensialı var və artıq vacib bir mərkəzə çevrilməkdədir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR