“Qızın qohumları qardaşımı döyüb asdılar, təhqiqatçı isə cinayəti ört-bastır edir”


zerdab
Natiq Heydərov: “Baş leytenant Nurlan Qurbanov mənə şillə-təpik vurub qovdu”

Sentyabrın 29-da Qafqaznews.az-ın elektron poçtuna müraciət edən Zərdab rayon sakini Natiq Heydərov qardaşı Sadiq Heydərovun bir neçə ildir qarşılıqlı münasibət yaşadığı Cavadova Aytac İbad qızının qohumları tərəfindən ölümcül dərəcədə döyüldüyünü, amma cinayətkarların cəzalandırılmadığını bildirib.

“Qardaşım 23 yaşlı Sadiqi vəhşicəsinə döyərək, öldürmək istəyən bir qrup şəxsi Zərdab Rayon Polis Şöbəsi açıq-aşkar himayə edib törədilmiş ağır cinayətin üstünü ört-bastır edirlər.Qardaşım Sadiq kənd sakini Cavadova Aytac İbad qızı ilə biri-birini sevirlər.Atamgil onlara elçi getsələr də qızın valideynləri razılıq verməmişdilər.

Səbəb isə odur ki, qızı özündən çox-çox böyük olan imkanlı şəxsə vermək istəyirlər. Aytacın ad günündə qardaşım Sadiq ona telefon alıb hədiyyə etmişdi.

22 avqust 2016-cı il tarixdə Aytacın qardaşı Şövqü bizə gələrək Sadiqdən xahiş etdi ki, onlara gedib həyətdə 1 saatlıq köməklik etsin və qardaşımı evlərinə aparmışdır. Həmin vaxt Aytacgilin həyətində atası, qardaşı, əmisi və əmisinin oğlu qrup şəkilində qardaşımın üstünə tökülüb onu vəhşicəsinə döyüb, sonra boğazına qalın məftili bağlayıb sürüyüb ağacdan asmaq istəyiblər. Həyətin qarşısında traktorun mühərrikini işə salıblar ki, səs-küyü heç kəs eşitməsin.Onların niyyəti qardaşımı öldürmək olmuşdur.

Qardaşım Sadiq boğulmamaq üçün əlini boğazına bağlanmış məftilə salmışdır.Qardaşımın huşu getdikdə onlar onu ölmüş bilib məftili buraxmışdılar. Sonra Aytacı ora gətirib döymüşdülər. Biz xəbər tutan kimi ora gedib təcili yardıma və polisə zəng etdik. Zərdab Rayon Mərkəzi Xəstəxanası qardaşımın vəziyətinin ağır olduğunu görüb onu ambulans maşınla Ucar rayon xəstəxanasına apardılar.Qardaşım Sadiq 3 gün Ucar rayon xəstəxanasında qaldı, səhhəti pis olduğu üçün ambulans maşınla Bakı şəhərinə, Respublika Xəstəxanasına gətirildi.Orada 7 gün stasionar müalicə edildi.Qardaşıma kəllə beyin tramvası, beyin silkələnməsi diaqnozu qoyuldu.Zərdab Rayon Polis Şöbəsində isə rüşvət alıb ağır cinayət hadisəsinin üstünü ört-bastır etmək istəyirlər. Qardaşım Sadiqin verdiyi etibarnamə əsasında onun nümayəndəsi kimi Zərdab Rayon Polis Şöbəsinə getdikdə orada təhqiqatçı polis baş leytenentı Nurlan Qurbanov məni və mənimlə ora gedən şəhid atası Ataxan Əsədovu nalayiq şəkildə söyüb təhqir etdi, məni şillə yumruq və təscreenshot_2016-09-28-14-26-47-600x360piklə vurdu.

Polis adına qara ləkə olan təhqiqatçı Nurlan Qurbanov izahat alan zaman qardaşımın üstünə qışqırıb, məcbur edib ki, yaz ki, bir nəfərlə dalaşmışam, o birilərin adını yazma. Beləliklə də Zərdab Rayon Polis Şöbəsi törədilmiş ağır cinayətin üstünü ört-bastır etməyə çalışır. Çox narahatıq ki, qardaşımı öldürmək istəyən ,ona ağır xəsarət yetirən cinayətkar dəstə cəzasız qalıb azğınlaşacaq və bundan da ağır cinayətlər törədəcəklər.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, daxili işlər naziri cənab Ramil Usubova, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edib xahiş edirəm 20160928_090642-240x40022 sentyabr 2016-cı il tarixdə Zərdab rayonunun Alcanlı kəndində bir qrup şəxs tərəfindən törədilmiş ağır cinayət hadisəsinin üstünün ört-bastır edilməsinə imkan verməyəsiniz.Qardaşımı öldürməyə cəhd etmiş və onu vəhşicəsinə döyüb ağır xəsarət yetirmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə və bu ağır cinayət hadisəsinin üstünü ört-bastır etməyə çalışan vəzifəli şəxslərin cəzalandırılmasına tapşırıq verəsiniz”, – deyə N.Heydərov müraciətində bildirir.

Biz onunla şəxsən əlaqə saxladıq, N.Heydərov elektron məktubunda yazdığı sözləri telefonda da təsdiqlədi: “Mən məktubda yazmamışdım, onlar mənim qardaşımın şalvarını əynindən çıxarıb küçəyə buraxıblar. Kişi də kişiyə qarşı bunu edərmi? Qardaşım o qızı neçə ildir sidq ürəklə, təmiz niyyətlə sevirdi. Heç bir pis hərəkət etməyib ki, ona bunu rəva görüblər… Adicə telefon bağışlamağa görə, başına olmazın oyun açıblar. İndi də əl-qollarını sallayaraq gəzirlər.

İbad kişi həmin hadisədən bir gün əvvəl bizim həyətdə təmir işləri görürdü, normal münasibətimiz vardı. Qardaşı çağıranda, Sadiqin ağlına gəlməzdi ki, ona belə işgəncə verəcəklər. Bir daha sizin vasitənizlə, cənab nazirdən məsələni nəzarətə götürməyi xahiş edirəm. Az əvvəl öyrəndim ki, işi istintaqa, Rüfət Axundova veriblər. Qardaşımı ifadə verməyə çağırıblar. Başqa heç bir irəliləyiş görmürəm. Təhqiqat və istintaqın gedişindən xəbərimiz yoxdur. Bilmirəm, təhqiqatçı orda nə yazıb”.

Təhqiqatçı, baş leytenant Nurlan Qurbanov isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, iş istintaqa verilib. “Əlavə məlumatı DİN-in mətbuat xidmətindən ala bilərsiniz.. O yalan deyir. Mən Natiq Heydərovu vurmamışam, böhtan atır”, – deyə təhqiqatçı əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Moderator.az-a açıqlamasında bildirib ki, Təhqiqat zamanı Sadiq Heydərovun döyülməsi ilə əlaqədar zərərçəkənin, Şövqü Cavadovun, İbad və Qubad Cavadov qardaşlarının izahatları alınıb, məhkəmə-tibbi ekspetizası təyin edilib: “Qardaşının hüquqi nümayəndəsi kimi Zərdab Rayon Polis Şöbəsində olduğu zaman özünün və digər həmkəndlisinin təhqiqatçı tərəfindən guya təhqir olunması və döyülməsi barədə Natiq Heydərovun iddiaları əlbəttə ki, böhtan və şantaj xarakterlidir. Onun hadisənin üstündən 1 aydan çox keçməsinə baxmayaraq guya ekspertin rəyinin açıqlanmadığı və cinayət işinin açılmadığı barədə iddiaları da həqiqətdən uzaqdır. Qeyd edilməlidir ki, Təhqiqat qrupunda toplanmış material rayon prokuroru tərəfindən yoxlanılıb və araşdırması Şöbənin İstintaq qrupuna həvalə olunub. İlkin araşdırma zamanı müəyyən edilib ki, yaxın qohumlar olan Şövqi Cavadov və Elvin Cavadov 22 avqust 2016-cı il tarixdə saat 14 radələrində Alıcanlı kəndində şəxsi münasibətlər zəminində həmkəndliləri Sadiq Heydərovu qəsdən döyüblər. Məhkəmə-tibbi ekspertizası tərəfindən N.Heydərova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirildiyi müəyyən edilib. Toplanmış materialda CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olduğundan Sadiq Heydərovun yüngül xəsarət alması faktına görə Zərdab RPŞ-nin İstintaq qrupu tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.”

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR