Türkiyədə partlayışda 27 nəfər yaralanıb, terroru törədən PKK-çıların tutulması üçün əməliyyat keçirilir

f431ab83f627b1db5d02b900c7e634faBu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda 2-i polis olmaqla, 27 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Vanın polis rəisi açıqlama verib.

AKP-nin Van millət vəkili Burhan Kayatürk isə terrorçuların hədəfinin AKP binası və binanı qoruyan polislər olduğunu bildirib.B. Kayatürk yaralıların durumunun ağır olmadığını da açıqlayıb.

Təhlükəsizlik qüvvələri partlayışı törədən PKK terrorçularının yaxalanması üçün əməliyyata başlayıb.Qeyd edək ki, Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə güclü partlayış baş verib. Partlayış bomba yüklü avtomobilə törədilib. Partlayışdan sonra başlayan yanğın qısa müddətdə su vuran polis maşını (TOMA) ilə söndürülüb.

Partlayışın gücündən yaxınlıqda yerləşən binalar zərər görüb, pəncərələrin şüşələri sınıb.

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR