YƏHUDİ MİLYARDER BAKI BULVARINDA – 15 mühafizəçi ilə! (VİDEO, FOTO)

qod01Sentyabrın 12-də axşam saat 10 radələrində əslən Qubadan olan yəhudi əsilli rusiyalı milyarder Qon Nisanov Bakı bulvarında gəzintidə olub.

“AzPolitika”nın əməkdaşı müşahidə edib ki, Moskvanın əmlak krallarından hesab olunan milyarderi, təxminən 1 saatlıq gəzinti zamanı 15-ə yaxın rus cangüdən, o cümlədən bir neçə polis əməkdaşı müşayiət edib. Bakı sakinləri gəzintinin ən pik vaxtında tanımadıqları şəxsin böyük mühafizəçi ordusu ilə bulvarda hərəkətini təəccüb və ikrah hissi ilə qarşılayıblar.

Xüsusən də heç bir rəsmi statusu olmayan, üstəlik 15-ə yaxın rus cangüdənin əhatəsində olan bir şəxsin “mühafizəsinə”, əlavə olaraq 2-si zabit olmaqla və öndə getməklə, 4-5 polis əməkdaşının da qoşulmasını anlamaq mümkün deyildi. Bakı sakinləri və şəhərin qonaqları belə yüksək səviyyədə mühafizəni görüb, Prezident İlham Əliyevin bulvara gəzintiyə çıxdığını zənn etsələr də, yaxınlaşanda 15 mühafizəçinin ortasında təxminən 1.50 boyu olan tanımadıqları bir şəxsi görəndə, təəccüblərini gizlətmirdilər. Qubalı milyarderin Bakıya gəlişinin məqsədi məlum deyil.

«Kiyev meydanı» şirkətinin və «Saffa İnstruments» Açıq Səhmdarlıq Cəmiyyətinin idarə heyətinin sədri olan Qod Nisanov, Azərbaycanda daha çox Vladimir Putinin dostu İlham Rəhimovun biznes ortağı kimi tanınır. O, «Avropa» və «Kiyev meydanı» kimi ticarət və əyləncə mərkəzlərinin, «Qrand» mebel mərkəzinin, «Moskva» ticari yarmarkasının, «Ukraina» mehmanxanasının və Çerkizovski bazarının sahiblərindən biridir.

qod

Qod Nisanov 1972-ci ilin 24 noyabrında Azərbaycanın Quba şəhərində şəhər yəhudilərinin ailəsində anadan olub. Onun atası konserv zavodunun direktoru alıb.

Qod ilk olaraq maliyyə-kredit kollecini bitirib, daha sonra isə o, təhsilini Bakıda yerləşən hüquq institutunda davam etdirib. Yalnız təhsilini bitirəndən sonra Qod ailəsinin əlaqələri sayəsində neft binesinə daxil ola bilir. O zaman o, Azərbaycan neftinin nəqli ilə məşğul idi və satışların müəyyən bir qisminə nəzarət edirdi.

1990-cı ildən etibarən Qod Nisanov Moskvada biznes ilə məşğul olmağa başlayır. Bir neçə ildən sonra isə onun varidatı artıq yüzmilyonlarla dollarla hesablanırdı.
AzPolitika.info
444-1024x676

20160912_214518-1_resized-1024x676

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR