“Ajda Pekkan mənə vuruldu, üstümə qaçdı” (VİDEO – FOTO)

t-ran-3“Qarşımda diz çöküb yalvardı”
“Maestro Ceyhun qapımızı döydü, anamdan icazə istədi”
ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan müğənni Təranə Mahmudova maraqlı açıqlamalar verib.
Sevilən İfaçı, Ajda Pekkanla olan maraqlı xatirəsini bölüşüb:
“Günlərin bir günü Maestro Ceyhun qapımızı döydü və anamda onlarla oxumağım üçün icazə istədi. Bir həftədən sonra o qədər gözəl ifa etdim ki, Ajda Pekkan mənə vuruldu. “Fırtınalar” mahnısını oxuduğum zaman gördüm ki, kimsə üzərimə doğru qaçır. Birdən ayıldım ki, bu Ajda Pekkandır. Məni qucaqladı, heyran olduğunu bildirdi. O, məni öz konsertinə dəvət etdi. Amma pulum olmadı deyə getmədim. İllər sonra ikinci konsertinə çiçək alıb getdim. Ajda xanım məni tanıdı, sevindi. Məni Türkiyəyə dəvət etdi, amma istəmədim”.
Tanınmış müğənni xaricdən aldığı başqa təklifləri də qəbul etmədiyini bildirib:
“Məsələn, mən Moskvada olanda Troyski özü saxlamaq istəyirdi məni. Məşhur qrupun prodüsseri də həmçinin. Sözün əsl mənasında qabağımda diz çökmüşdü ki, orada qalım. Mənə yalvarırdı ki, qal, özüm aparıb gətirəcəm səni Bakıya. Özüm istəmədim bu təklifləri. Mənim marağım caz musiqisinədir. Bu yaxınlarda konsertim də oldu”.


t-ran-2

t-ran-4

t-ran-6

t-ran-7

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR