Bəşər Əsəd mülayim müxalifəti təkbuynuz atla müqayisə etdi

78172829Suriya prezidenti Bəşər Əsəd mülayim müxalifəti mifik təkbuynuz atla müqayisə edib

Bu sözləri  Suriya lideri  Danımarkanın  TV2 telekanalına müsahibəsi zamanı dilə gətirilib.
Müxalifətlə sülh danışıqlarında problemlər barədə sualı cavablandırarkən Bəşşar Əsəd deyib: “Siz nə vaxtsa təkbuynuz at barədə eşitmisiniz? Bu o heyvandır ki, ata bənzəyir, ancaq alnında buynuz var. Bu mifdir. Və mülayim müxalifət də belə bir mifdir. Biz mövcud olmayan şeylə  sülh bağlaya bilmərik. Müxaliflər növlərə görə bölünmürlər, onlar elə eyni silahlı döyüşçülərdir”.
Əsəd həmçinin Avropanın Dəməşqin düşməni olmadığını vurğulayıb: “Avropalıları  İŞİD terror təşkilatı ilə əməkdaşlıq etməklə Suriyada vəziyyəti gərginləşdirməyə çalışan ABŞ aldadıb”/faktxeber.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR