Hakim əri tutulan qadını 4 uşaqla çöldə qoymaq istəyib? FOTO,VİDEO

hakim-1Mehriban Zeynalova: “Dövlətin adından qərar verən məhkəmə uşaq-ailə faktorunu nəzərə almalı idi”

Tağı Hüseynov: “Bu qərarın 1988-ci ildə əldə edilmiş bağ sahəsinə də şamil olunmasını düzgün hesab etmirəm”

Bakı şəhər sakini Kəmalə Abdullayeva bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edib.

“Mənim həyat yoldaşım Böyükağa Abdullayev rəhbərlik etdiyi “Eko Servis Ko” şirkətində yeyintilər ittihamı ilə həbs olunub. 2012-ci il mayın 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Zabil Qasımovun sədrlik etdiyi Məhkəmə Kollegiyası onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qətnamə çıxarıb.

O, 2004-cü ildə yaradılan “Eko Servis Ko” MMC-nin həmtəsisçisi olaraq, “bir qrup şəxs ilə14632766_311438712562862_1831086376_o birlikdə öz vəzifə səlahiyyətlərindən şəxsi mənfəət naminə istifadə etmək və böyük məbləğdə vəsaiti vergidən yayındırmaqda” təqsirli bilinib.

Məhkəmə Böyükağa Abdullayevdən14647398_311438755896191_208954531_o dövlət büdcəsinin xeyrinə 213 min 385 manat tutulmasını qət edib. Lakin məsələ ondadır ki, məhkəmə qərarı ilə, mənim adıma olan mənzil və hətta 1988-ci ildə “İnturist”də çalışarkən, SSRİ Xarici Turizm  üzrə Dövlət Komitəsinin Azərbaycan Birliyininin Bağçılıq İdarəsindən Hövsanda əldə etdiyim 6 sot torpaq sahəsi və bu bağdakı tikili də hərraca çıxarılıb. Halbuki, biz Böyükağa Abdullayevlə 1995-ci ildə nikah bağlamışıq. Bu torpaq sahəsi birgə nikah dövründə əldə olunmayıb. Bu torpaq sahəsi tərəfimdən özəlləşdiriləndə isə “Eko Servis Ko” şirkəti olmayıb.14689914_311438719229528_93926929_o

14646628_311423532564380_1382960446_oDƏDRX-dən də bu torpaq sahəsinin mənə aid olmasıyla bağlı arayış var. Mənim üç övladım var, qaynımın yetim uşağı da mənim öhdəliyimdədir. Belə bir vəziyyətdə bizi tamamilə küçədə qoymaq heç bir ədalətə sığmır.

Sizdən xahiş edirəm, bizim problemin ictimailəşməsində öz yardımınızı əsirgəməyəsiniz”, – deyə K.Abdullayeva öz müraciətində bildirib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Qafqaz Xəbər Agentliyinə belə şərh verib: “Əgər Kəmalə Abdullayeva b11693909_439105786281026_8529614620034046810_n-225x300u bağ sahəsinə dair öz kupçasını təqdim edə bilərsə, bu, o deməkdir ki, K.Abdullayeva sözügedən mülkiyyətin yeganə sahibidir”.

Hüquqşünas Tağı Hüseynovun fikrincə, ola bilər ki, hakim Kəmalə Abdullayevanın əmlakına “birgə nikah dövrü” prizmasından yanaşıb: “Lakin bu qərarın 1988-ci ildə əldə edilmiş bağ sahəsinə də şamil olunmasını düzgün hesab etmirəm”.images-cms-image-000007996

“Təmiz Dünya” İctimai Birliyinin sədri, qadın hüquqları üzrə ekspert Mehriban Zeynalova bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin bu qərarında uşaq-ailə faktoru nəzərə alınmayıb.

“Mən bilmirəm, qadsnimokının həyat yoldaşı niyə mühakimə olunub, təqsiri nədir… Bunun önəmi yoxdur. Lakin ailəni yaşayış yerindən məhrum etmək ədalətsizlikdir. Məhkəmə dövlət adından qərar verirsə, unutmamalıdır ki, bu dövlətdə qadın və uşaq hüquqları qorunur. Bir ailəni küçəyə atmaq ədalətsizlikdir”, – deyə M.Zeynalova vurğulayıb.

Sözardı: Oktyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən məhkəmədə Kəmalə Abdullayevanın bağ sahəsi ilə bağlı tələbi təmin olunmayıb. Hakimin qərarından pərişan olan K.Abdullayeva hakimlə görüşməyə çalışsa da, mühafizə polisinin əməkdaşları kobud şəkildə onu məhkəmə binasından uzaqlaşdırıblar.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR