Hüquqi xidmət adıyla vətəndaşı aldadan “vəkil”lər məsuliyyətə cəlb olunmur? – ŞİKAYƏT(FOTO)

vekil Etibar Sadıxov: “Özlərini “vəkil” kimi təqdim edəb Ayaz Alıyev və Azər Orucov məni aldadaraq, 1100 manat pulumu mənimsədilər”

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Etibar Eldar oğlu Sadıxov bildirdi ki, Yasamal Rayon Məhkəməsi ilə üzbəüz ofis tutub “hüquqi xidmətlər” təklif edən Alıyev Ayaz Şəhriyar oğlu və Orucov Azər Əli oğlu tərəfindən aldadılıb. “Keçən il mənim sabiq həyat yoldaşım boşanmaq üçün məni məhkəmə14875813_322351531471580_261851460_oyə vermişdi. Mən uşaqları yanımda saxlamaq və sabiq həyat yoldaşıma aid bəzi faktları məhkəmənin diqqətinə çatdırmaq üçün hüquqşünas axtarırdım. Yasamal Rayon Məhkəməsi ilə üzbə14881311_322351511471582_905903430_oüz ofisdə oturan Alıyev Ayaz Şəhriyar oğlu və Orucov Azər Əli oğlu bildirdilər ki, onlar ikisi də vəkildir və “eyni adam” kimi, şərik fəaliyyət göstərirlər. Məni aldatdılar ki, adımdan bir uşaqlarla bağlı, bir də alimentlə bağlı iki iddia ərizəsi hazırlanacaq və mənim xeyrimə qərar verdirəcəklər.

Bu iki ərizə üçün məndən 1000 manat pul aldılar. Bir müddət sonra isə, “Azercell”dən sabiq həyat yoldaşımın “vatsap” yazışmalarını çıxaracaqları vədi ilə məndən əlavə 100 manat da pul aldılar. Lakin məhkəmə günü məni içəri girməyə qoymadılar, məni arxayınlaşdırıb bölgədəki işimə qayıtmağa təklif etdilər. Ay yarım sonra qətnaməni tələb etdim, amma dedilər ki, get özün götür. Qətnaməni aldım və öyrəndim ki, mən məhkəmədə cavabdeh olmuşam, iddiaçı yox.14800838_322433524796714_24259771_n-1

14875828_322351528138247_683512535_oDigər tərəfdən, mənim nümayəndələrim bir kəlmə də söz deməmiş, qarşı tərəfin mövqeyinə etiraz etməmişdilər. Mən puluma görə hesabat tələb edəndə Ayaz Alıyev və Azər Orucov dedilər ki, guya bu, ərizələrin puludur. Ərizə yazılır 30-40 manata, amma məsələ ondadır ki, onlar mənim adımdan heç bir ərizə yazmayıblar. Ayaz Alıyev və Azər Orucovun ofisi yolun Səbail rayonu ərazisinə düşən hissəsində yerləşdiyinə görə, bu ilin aprel ayında yeni nümayəndəm Zümrüd Məmmədova ilə birlikdə Səbail RPİ-yə müraciət etdik. Lakin 6 ay ərzində ciddi bir iş görülmədi. Müstəntiq Elşən Qarayev onları çağırdı, elə 14907756_322351538138246_91829574_oidarədəcə bu “vəkil”lər bildirdilər ki, “bacarana can qurban, almışıq, əcəb eləmişik”. Lakin onları məsuliyyətə cəlb edən olmadı. Elşən Qarayev indi Nəsimi RPİ-yə keçib, mənim işimə isə kimin baxacağını bilmirəm”, – deyə Etibar Sadıxov bildirdi.

E.Sadıxovun nümayəndəsi Zümrüd Məmmədova Qafqaznews.az-a bildirdi ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərdiyi sorğunun cavabında adıkeçən Ayaz Alıyev və Azər Orucovun kollegiya üzvü olmadığını öyrənib. “Onlar özlərini vəkil adlandıraraq, vətəndaşlara müxtəlif vədlər verir və aldadırlar. Etibar Sadıxovun məsələsində açıq-aşkar dələduzluq əlamətləri var, lakin Ayaz Alıyev və Azər Orucov naməlum səbəblərdən məsuliyyətə cəlb olunmurlar. Çox güman ki, onlar yenə də bu əməllərinə davam edirlər”, – deyə Z.Məmmədova vurğuladı.

Biz Ayaz Alıyevin nömrəsini əldə edərək, onunla əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı. Səbail RPİ-nin növbətçi hissəsindən təsdiq etdilər ki, bu işlə əvvəl Elşən Qarayev məşğul olub, lakin o, hazırda Nəsimi RPİ-də işləyir. “Bazar ertəsi zəng edib, dəftərxanadan əlavə məlumat ala bilərsiniz”, – deyə növbətçi polis əməkdaşı bildirdi. Araşdırmamız davam edir.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR