İmişli RİH: “O qızın atası da ruhi xəstədir… amma orda ciddi problem olmayıb”

imi“Zəncirlənən qız”ın atası Valeh Məmmədov deputat Əsabil Qasımovun qohumudur?

Vilyam Hacıyev ancaq ictimailəşən problemlərə həssas yanaşır?

Oktyabrın 5-də Qafqaznews.az saytında “İmişlinin prokuroru “qızını zəncirləyən ata”dan danışdı: “Belə şey ola bilməz!”” başlıqlı yazı dərc olunmuşdu.

Bu günlərdə “Xəzər” TV-də yayımlanan və sosial şəbəkələrdə səs-küy doğuran “ata qızını zəncirləyərək, 8 il tövlədə saxladı” xəbərini şərh edən İmişli rayon prokuroru Pənah Abbasov bildirib ki, Valeh Məmmədov adlı vətəndaşın qızını tövlədə zəncirləməsi və illələ digər meyitin yanında saxlaması barədə yayılan məlumatlar əsassızdır, həqiqətə uyğun deyil: “Qız hazırda müalicə müəssisəsinə yerləşdirilib, məhkəmə-tibbi ekspertizası gedir. Bu gün məcburi azadlıqdan məhrumetmə ilə bağlı cinayət işi açılıb, Valeh Məmmədovun ifadəsi alınıb. Deyir ki, “qız ruhi xəstədir, evdən qaçıb gedirdi, ona görə evin yanındakı kiçik daxmada saxlayırdım, vaxtlı-vaxtında çimizdirib-yedirdirdim”.

Qızın anası 2006-cı ildə, bacısı isə 2008-ci ildə dünyasını dəyişib. Qız əqli qüsurludur, anası da, bacısı da əqli qüsurlu olublar. Başa düşmürəm, o məlumatları hardan çıxarıblar? Bura haradır ki, meyitin yanında adam saxlasınlar, zəncirləsinlər…Zəncirlənmə iddiası öz təsdiqini tapmayıb, nə zəncir izləri və nə də orda meyit qalıqları yoxdur. Belə şey ola bilməz! Araşdırma gedir, əgər lazım gəlsə, Valeh Məmmədov həbs oluna bilər. Hazırda a20160113-143727linkzadlıqdadır”, – deyə P.Abbasov qeyd edib.

1Oktyabrın 6-da Qafqaznews.az-ın redaksiyası ilə əlaqə saxlayan mənbə bildirdi ki, sözügedən Valeh Məmmədov  uzun müddətdir qızını belə məcburi şəkildə “həbs” edib, lakin nə sahə həkimi, nə də icra strukturları onun əməllərinə müdaxilə etməyiblər. Səbəb kimi isə, onun İmişlidən olan deputat Əsabil Qasımovla qohum olması göstərilir. Eyni zamanda, yayılan videoda danışan kənd icra nümayəndəsi Ehtiram Qasımovun da “zəncirlənən” qız Pərvanənin ana tərəfdən qohumu olduğu mənbə tərəfindən qeyd olundu.

Ötən yazımızda qeyd etmişdik ki, Qafqaznews.az-a da maraqlı gəlir, valideynin uşaqla bacarmadığı halda, onun müalicəsi üçün niyə indiyədək tədbir görülməyib…

Öyrənmək istədik, səkkiz il ərzində aidiyyatı olan qurumlar və məsuliyyət daşıyan şəxslər bu məsələ ilə bağlı hansı tədbir görüb?

İmişli RİH-in informasiya sektorundan telefonumuza cavab verən Elşən müəllim (soyadını bizə bildirmədi – red) qeyd etdi ki, RİH başçısı Vilyam Hacıyev məsələni nəzarətinə götürüb və başçının göstərişiylə, Pərvanə Məmmədova Bakıda müalicə müəssisəsinə yerləşdirilib: “Bu barədə heç onun qonşuları da bilmirdi, biz hardan biləydik? Bu məsələylə ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev məşğul olur, ona zəng edin”.

İmişli RİH ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev isə Qafqaznews.az-a bildirdi ki, Pərvanə Məmmədova 1 saylı psixoloji müalicə müəssisəsinə yerləşdirilib.

“Qız 8 ildir ruhi xəstədir, elə onun atası da o cürdür, aiəliklə onlarda ruhi xəstəlik var. Amma zəncirlənmə, tövlə söhbətləri yalandır. Kişi oğlunu evləndirib, evin yanında əlavə otaq tikib, qızı orda saxlayırdı. Elə də böyük problemlər olmayıb. Qızın 28 yaşı var, normal baxmasaydılar, 1 ay da yaşaya bilməzdi. Əlbəttə, hər bir kəsin müalicəyə və nəzarətə ehtiyacı var, cənab başçının göstərişiylə, lazımi tədbirlər görülür, məsələ nəzarətimizdədir. Hazırda prokurorluqda cinayət işi açılıb”, – deyə M.Quliyev qeyd edib.

“Bəs bu illər ərzində RİH-ə heç bir məlumat daxil olmayıb bu haqda? Sahə həkimi, sahə müvəkkili, icra nümayəndəliyi… Bu qızın baxımdan, normal yaşayışdan məhrum olması problem deyil?” – deyə soruşduq.

“Məsələ ictimailəşəndən sonra, başçı göstəriş verdi, tədbir görüldü… Axı orda ciddi problem olmayıb… Bir dəqiqə, zəng gəlir”, – deyə RİH rəsmisi tələsik dəstəyi asdı. Bir neçə dəqiqə sonra, bir də Mirzə Quliyevə zəng etdik. Təcili iclasa çağırıldığını deyən Mirzə Quliyev bizə sonra danışmağı təklif etdi.

“Sadəcə bir sualımız var. Qızın atası Valeh Məmmədov deputat Əsabil Qasımovun qohumudur?” – deyə soruşduq. “Yox… Bilmirəm… Bu barədə heç nə deyə bilmərəm”, – deyə İmişli RİH ərazi idaəetmə şöbəsinin müdiri Mirzə Quliyev cavab verdi.

Təəssüf ki, məsələylə bağlı millət vəkili Əsabil Qasımovun münasibətini öyrənə bilmədik, eləcə də Milli Məclisin informasiya məsələləri şöbəsindən zənglərimizə cavab verən olmadı.

Lakin başqa bir millət vəkili Aqiyə Naxçıvanlı azvision.az saytına açıqlamasında bildirib ki, Xoşqədəm Hidayətıqızı İmişlidəki hadisə üzərində şou yaradıb, insanların hisləri ilə oynayır. Millət vəkili jurnalistin təqdim etdiyi verilişi də tənqid edib: “Hansısa rayonda, kənddə anormal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil. Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır”.

bez-nazvaniya-1A.Naxçıvanlı vurğulayıb ki, Xoşqədəm Hidayətqızı və aparıcı Zaur Baxşəliyev insanların hissləri üzərində şou yaradır, özlərinə reytinq qazanırlar: “Onların verilişləri reytinq üzərinə qurulub. Belə verilişlərin kimə nə faydası var? Elə proqramlar hazırlamaq lazımdır ki, adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunsun. “O onu döydü”, “tövlədə saxladı, zəncirlədi”, “başını kəsdi” və bu kimi hadisələr bizə lazım deyil”.

Deputat hesab edir ki, belə verilişlər insanları daim stress və gərginlikdə saxlamağa məcbur edir. “Onlar insanlara stress yaşadırlar. Televiziya qabağında yaylıq alıb ağlamağı öyrədirlər. 10 milyonluq əhalisi olan dövlətdə axmağı da, narkomanı da, xəstəsi də, dəlisi də var. Niyə biz yaxşıların içərisindən ən pisləri tapıb cəmiyyətə göstərməliyik? Bununla insanları stress, gərginlikdə saxlayırıq. Nə üçün? İnsanların psixikasını, əhval-ruhiyyəsini bilərkdən poza bilmərik. Əgər Xoşqədəm xanım İmişdə belə halla rastlaşmışdısa, efirə vermədən həll etməli idi. Bütün dünyaya çar çəkməyin nə mənası var” (azvision.az).

Qafqaznews.az olaraq, biz Xoşqədəm Hidayətqızının və ya Zaur Baxşəliyevin telejurnalistika fəaliyyətini şərh etməyəcəyik, lakin həm öz həmkarlarımıza, həm oxuculara, xüsusilə də, RİH-lər və digər rəsmi qurumlara səslənmək istəyirik:

Hər şeydən əvvəl, biz insanıq. Ətrafımızda bir problem varsa, ilk əvvəl onun həllinə çalışmalıyıq. Hətta çalışmalıyıq ki, bu problem ictimailəşməmiş öz həllini tapsın.

Vicdanı olan məmur mətbuatda yox, nəzarət etdiyi və ya cavabdeh olduğu ərazidə problem axtarar (bu, müəllifin fikridir – red.).

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR