İmişlidə “qızını zəncirləyən ata” özü üçün “dəlilik kağızı” düzəltdirir? – Ekspertdən həyəcan siqnalı

mehribanMehriban Zeynalova: “Jurnalistlərdən əl çəksinlər, bu problemin həllinə çalışsınlar”

İmişlidə qızını zorakılığa məruz qoyan Valeh Məmmədovun yüngül cəzalandırılması, yaxuda heç bir tədbir görülməməsi cəmiyyətdə cəzasızlıq fikri formalaşdıracaq.

Bu sözləri Qafqaznews.az-a “Təmiz Dünya” İctimai Birliyinin sədri, qadın hüquqlarının müdafiəçisi Mehriban Zeynalova bildirib.

Ekspert hesaimages-cms-image-000007996b edir ki, qızın ruhi xəstə olması ilə bağlı bəzi insanlar yanlış təəsvvür yaratmağa çalışırlar.

“Bəziləri deyir ki, ruhi xəstədirsə, onu elə saxlamaq olar. Mal tövləsində adam saxlayarlar? Bu qız 8 il əvvəl necə olub? Məktəbə gedibmi, attestat alıbmı, psixoloji vəziyyəti necə olub, nədən bu hala düşüb? Bu və digər məqamlar ciddi araşdırılmalıdır. 8 il kimi elə saxlasan, zorakılığa məruz qoysan, ruhi xəstə olar. Gətirib ortaya sənəd qoysunlar ki, o qız bundan əvvəl hardasa ruhi xəstə kimi qeydiyyatda olub”, – deyə ekspert vurğulayıb.timthumb

Onun fikrincə, bu məsələ ilə bağlı açılan cinayət işi də yüngül cəza nəzərdə tutur. “Halbuki, burda bir çox faktlar var. Kişi özü də deyir ki, mən onu otarası deyildim ki? O ata məsuliyyətə cəlb olunmalıdır. Məndə olan məlumata görə, həmin adam müəyyən vasitələrlə özünə “ruhi xəstə” sənədi düzəltdirməyə çalışır. Çox güman ki, kimlərsə buna ailə məsələsi deyib ört-bastır etmək niyyətindədir. Amma bu ictimai məsələdir və qabardılması, həll edilməsi çox önəmlidir. Belə hallar cəmiyyətdə pis nümunə olar”.

Mehriban Zeynalova televiziyaları və jurnalistləri ittiham edənlərə də cavab verib: “Düzdür, mən də çox zaman hansısa məsələdən şou düzəldilməsinin əleyhinəyəm. Amma jurnalistlərdən əl çəkib, problemə baxmaq lazımdır. Əsas olan, bu və digər xoşagəlməz halların qarşısının alınmasıdır”.

Qeyd edək ki, millət vəkiliimg2208443 Aqiyə Naxçıvanlı azvision.az saytına açıqlamasında Xoşqədəm Hidayətıqızının İmişlidəki hadisə üzərində şou yaradıb, insanların hisləri ilə oynadığını bildirmişdi. Millət vəkili jurnalistin təqdim etdiyi verilişi də tənqid edib: “Hansısa rayonda, kənddə anormal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil. Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır”.

Xatırlatma: “Xəzər” TV-də yayımlanan və sosial şəbəkələrdə səs-küy doğuran “ata qızını zəncirləyərək, 8 il tövlədə saxladı” xəbərini şərh edən İmişli rayon prokuroru Pənah Abbasov bildirib ki, Valeh Məmmədov adlı vətəndaşın qızını tövlədə zəncirləməsi və illələ digər meyitin yanında saxlaması barədə yayılan məlumatlar əsassızdır, həqiqətə uyğun deyil: “Qız hazırda müalicə müəssisəsinə yerləşdirilib, məhkəmə-tibbi ekspertizası gedir. Bu gün məcburi azadlıqdan məhrumetmə ilə bağlı cinayət işi açılıb, Valeh Məmmədovun ifadəsi alınıb. Deyir ki, “qız ruhi xəstədir, evdən qaçıb gedirdi, ona görə evin yanındakı kiçik daxmada saxlayırdım, vaxtlı-vaxtında çimizdirib-yedirdirdim”.

Qızın anası 2006-cı ildə, bacısı isə 2008-ci ildə dünyasını dəyişib. Qız əqli qüsurludur, anası da, bacısı da əqli qüsurlu olublar. Başa düşmürəm, o məlumatları hardan çıxarıblar? Bura haradır ki, meyitin yanında adam saxlasınlar, zəncirləsinlər…Zəncirlənmə iddiası öz təsdiqini tapmayıb, nə zəncir izləri və nə də orda meyit qalıqları yoxdur. Belə şey ola bilməz! Araşdırma gedir, əgər lazım gəlsə, Valeh Məmmədov həbs oluna bilər. Hazırda zadlıqdadır”, – deyə P.Abbasov qeyd edib.

Oktyabrın 6-da Qafqaznews.az-ın redaksiyası ilə əlaqə saxlayan mənbə bildirdi ki, sözügedən Valeh Məmmədov  uzun müddətdir qızını belə məcburi şəkildə “həbs” edib, lakin nə sahə həkimi, nə də icra strukturları onun əməllərinə müdaxilə etməyiblər. Səbəb kimi isə, onun İmişlidən olan deputat Əsabil Qasımovla qohu20160113-143727linkm olması göstərilir. Eyni zamanda, yayılan videoda danışan kənd icra nümayəndəsi Ehtiram Qasımovun da “zəncirlənən” qız Pərvanənin ana tərəfdən qohumu olduğu mənbə tərəfindən qeyd olundu.

Ötən yazımızda qeyd etmişdik ki, Qafqaznews.az-a da maraqlı gəlir, valideynin uşaqla bacarmadığı halda, onun müalicəsi üçün niyə indiyədək tədbir görülməyib…

Öyrənmək istədik, səkkiz il ərzində aidiyyatı olan qurumlar və məsuliyyət daşıyan şəxslər bu məsələ ilə bağlı hansı tədbir görüb?1-1

İmişli RİH-in informasiya sektorundan telefonumuza cavab verən Elşən müəllim (soyadını bizə bildirmədi – red) qeyd etdi ki, RİH başçısı Vilyam Hacıyev məsələni nəzarətinə götürüb və başçının göstərişiylə, Pərvanə Məmmədova Bakıda müalicə müəssisəsinə yerləşdirilib: “Bu barədə heç onun qonşuları da bilmirdi, biz hardan biləydik? Bu məsələylə ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev məşğul olur, ona zəng edin”.

İmişli RİH ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev isə Qafqaznews.az-a bildirdi ki, Pərvanə Məmmədova 1 saylı psixoloji müalicə müəssisəsinə yerləşdirilib.

“Qız 8 ildir ruhi xəstədir, elə onun atası da o cürdür, aiəliklə onlarda ruhi xəstəlik var. Amma zəncirlənmə, tövlə söhbətləri yalandır. Kişi oğlunu evləndirib, evin yanında əlavə otaq tikib, qızı orda saxlayırdı. Elə də böyük problemlər olmayıb. Qızın 28 yaşı var, normal baxmasaydılar, 1 ay da yaşaya bilməzdi. Əlbəttə, hər bir kəsin müalicəyə və nəzarətə ehtiyacı var, cənab başçının göstərişiylə, lazımi tədbirlər görülür, məsələ nəzarətimizdədir. Hazırda prokurorluqda cinayət işi açılıb”, – deyə M.Quliyev qeyd edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az
http://qafqaznews.az/2016/10/imisli-rih-o-qizin-atasi-da-ruhi-x-st-dir-amma-orda-ciddi-problem-olmayib/
http://qafqaznews.az/2016/10/imislinin-prokuroru-qizini-z-ncirl-y-n-ata-dan-danisdi-bel-sey-ola-bilm-z/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR