İtaliyada daha bir güclü zəlzələ baş verdi

165849_res_01Çərşənbə günü İtaliyanın mərkəzində qeydə alınan 5,4 bal gücündə yeraltı təkanlardan sonra 6,2 bal gücündə daha bir zəlzələ baş verib. Bu barədə “Sky TG24” xəbər kanalı məlumat yayıb.

ANSA-nın məlumatına görə, İtaliya Geofizika və Vulkanologiya İnstitutundan yeraltı təkanların 5,9 bal gücündə olduğu, lakin bu məlumatın əlavə dəqiqləşdirilməyə ehtiyac duyduğu bildirilib.

Yeraltı təkanların episentri Peruca və Maçerata şəhərləri arasında olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR