Küçə adları var, lakin evlərin ünvanları yoxdur – Görüntülər Bərdədəndir VİDEO

77526070Bərdədə yeni tikilən evlərdə nömrə nişanları yoxdur. Bu səbəbdən də axtarılan ünvanın tapılmasında bir sıra çətinliklər ortaya çıxır.

Küçə adları var, lakin evlərin ünvanları yoxdur.

Görüntülər Bərdədəndir. Rayondakı yeni tikilən evlərdə nömrə nişanları yoxdur.

Sakinlərin sözlərinə görə, köhnə küçə və qəsəbələrdəki evlərdə nömrələr olduğundan həmin ünvanı tapmaq daha asan olur. Yeni salınan massivlərdə isə ünvan axtarılarkən bir sıra problemlər ortaya çıxır.

Məsələ ilə bağlı Bərdə rayon icra hakimiyyətindən bildirildi ki, vəziyyətdən onlar da xəbərdardılar. Yeni salınan massivlərdə küçələrə adlar icra hakimiyyəti tərəfindən verilib. Evlərə ünvanların verilməsi isə Dövlət Reyster Xidməti tərəfindən həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən həmin qurum qarşısında məsələ qaldırılıb və yaxın vaxtlarda həmin evlərə ünvanlar veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR