Məşhur aparıcı efirdə qorxulu anlar yaşadı – “Məni öldürə bilər”-VİDEO

483725Qorxudan qışqırdı, həkimdən kömək istədi

ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişində maraqlı anlar yaşanıb.

Verilişin qonağı olan həkim Seyfəddin Əsəd müalicəvi əhəmiyyətli bitki və heyvanlardan söz açıb. Ardınca həkim müalicəvi əhəmiyyəti olduğunu bildirərək, əlindəki canlı qurbağaları aparıcı Zümrüd Qasımovanın boynuna bağlayıb.

Qurbağaların hərəkət etməsi aparıcıya olduqca çətin anlar yaşadıb. Bu çətin vəziyyətə dözə bilməyən aparıcı qışqırmağa başlayıb, həkimdən boynundakı qurbağaları açmağını istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR