“Naftalan Sağlamlıq Mərkəzi” DYP-nin dayanacağını sökdürə bilmədi

1477374498_0001Bakı Apellyasiya Məhkəməsində “Naftalan Sağlamlıq Mərkəzi” Müstəqil Müalicə Şirkətinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb

APA-nın məlumatına görə, iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, mərkəz 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək mərkəzə icarəyə verilən torpaq sahəsindən polis idarəsinin çıxarılması və inşa etdiyi avtomobil dayanacağının sökülməsini istəyib. Məhkəmə iddianı təmin etmədiyindən mərkəz apellyasiya şikayəti verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR