Putin dünya şöhrətli serb rejissora orden verdi

img2229335Rusiya Prezidenti Vladimir Putin dünya şöhrətli serb rejissor Emir Kusturiçanı “Dostluq” ordeni ilə mükafatlandırıb
Axar.az xəbər verir ki, prezidentin bununla bağlı imzaladığı fərman hüquqi məlumatlar internet-portalında yerləşdirilib.
Orden dostluğun möhkəmlənməsində, xalqlar arasındakı əməkdaşlıqda, rus dili və mədəniyyətinin xaricdə qorunması və populyarlaşdırılmasında göstərdiyi xidmətlərə görə verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR