Kreditini ödəyə bilməyən müəllim hədələnir – FOTO

15608023Vüqar Bayramov: “Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir”

“Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar. Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır”.

“Xəzər Xəbər” bildirir ki, bu barədə məlumat verən iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir: “Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollar ilə təzyiq edirsə daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər. Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən “hədə” sms ilə də tanış olanda bəzi bank əməkdaşlarının “iş prinsipləri” daha aydın bəlli olur”.smss

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR