Məktəb direktoru barəsində cinayət işi açılacaqmı? – ARAŞDIRMA

 bae7e2efb994Bəşarət Məmmədov: “Qabaqcadan nəsə demək hələ tezdir”

 Mehriban Zeynalova: “Təhsil sisteminin düzəlməsini istəyiriksə, sərt tədbirlərdən çəkinməməliyik”

Noyabrın 3-də Qafqaznews.az saytında “Təhsil Nazirliyi rüşvətlə bağlı şikayəti araşdırmaq istəmir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda 116 saylı məktəbdə rüşvət halları və direktor Aidə Seyidova tərəfindən övladlarının sıxışdırılmasıyla bağlı sentyabrın 29-da Təhsil Nazirliyinə müraciət etmiş vətəndaş Ramilə Məmmədovanın probleminə toxunulmuşdu. Valideyn bu işin uzanmasıyla bağlı ölkə mətbuatına şikayət etmiş, hələ də bir tədbir görülmədiyini demişdi.14260929065500736a415142-38434995

“Mənə dedilər ki, müraciətim Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Nazim müəllim tərəfindən araşdırılır. Amma 1 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. Həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də şikayət etdim, onlar da heç bir araşdırma aparmadı, maraqlanmadılar. Əvəzində Aidə xanım məni otağına çağırıb məcbur etdi ki, ərizəmi geri götürüm”, – deyə valideyn bildirib.

R.Məmmədova qeyd edib ki, valideyn iclasında onlardan pulun tələb olunması və rəsmi ərizə ilə müraciət etdikdən sonra A.Seyidovanın onu çağırıb “danlaması” barədə danışıqların səs yazısını hər iki dövlət qurumuna təqdim edib. R.Məmmədova həmin səs yazılarını sübut üçün redaksiyamıza da göndərib (qafqazinfo.az).

img1493388Xatırladaq ki, noyabrın 3-ə Məsələ ilə bağlı araşdırma aparan Qafqaznews.az əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladı. “Siz Bakı Şəhər Təhsil İdarəsində Bəşarət müəllimlə danışın, bu işlə o məşğuldur”, – deyə C.Valehov suallarımıza cavab verməkdən imtina etdi. Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bizə elektron poçtla cavab verəcəyini bildirdi. Az sonra, B.Məmmədovdan aşağıdakı cavabı aldıq: “Qeyd olunan məsələ ilə bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf edilir və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat verilir.

Ödəniş Təhsil Nazirliyinin “Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürülür”. Lakin bu cavab bizi qane etmədiyindən, Bakı Şəhər Təhsil İdarəsinin [email protected] email ünvanına daha bir sorğu göndərdik: “Müraciətdən 1 aydan çox keçib. İndiyə qədər bu araşdırmanın uzanmasına səbəb nədir və vətəndaşa yazılı cavab verilibmi?”.

Bəşarət Məmmədovla yenidən əlaqə saxladığımızda, həmsöhbətimiz belə cavab verdi: “Növbəti sualınızı indi yönləndirdim, araşdırıb cavab verəcəklər. Ümumiyyətlə, vətəndaşın informasiyası həqiqətə uyğundurmu, o araşdırılmalıdır. Bəlkə, Ramilə Məmmədova düz demir? Araşdırıb sizə cavab verəcəyik”.

bez-nazvaniyaVəkil Osman Kazımovun sözlərinə görə, qanunda müraciətiə baxılması və araşdırılması müddəti dəqiq yazılsa da, çox zaman dövlət qurumları tərəfindən buna riayət olunmur. “Çox zaman müraciətlərə vaxtında baxılmır və cavab verilmir. Əgər vətəndaşın şikayətində korrupsiya elementləri varsa, bu, hüquq mühafizə orqanlarının araşdırma predmetidir. Təhsil Nazirliyi müəyyən araşdırmadan sonra, işi Prokurorluğa təhvil verə bilər. Yaxud da, Təhsil Nazirliyindən ümidi üzülən, aparılan araşdırmadan qane olmayan vətəndaş Baş Prokurorluğa müraciət edə bilər. Mən indiyə kimi şahidi olmamışam ki, Təhsil Nazirliyi hansısa direktorla bağlı şikayətləri prokurorluğa təqdim etsin”, – deyə O.Kazımov əlavə edib (qafqaznews.az).

Noyabrın 4-də axşam saatlarında Qafqaznews.az əməkdaşı öz sorğusuna BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorundan belə bir cavab aldı: “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinə əsasən, müraciətə baxılması üçün əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə ən geci 30 iş günü müddətində baxılır”.1f-2

Noyabrın 5-də Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Qafqaznews.az əməkdaşı ilə telefon söhbətində bildirdi ki, R.Məmmədova Təhsil Nazirliyinə sentyabrın 29-da müraciət edib, lakin 30 iş günü müddəti hələ başa çatmayıb: “Ən yaxın günlərdə araşdırmamız barədə vətəndaşa və ictimaiyyətə ətraflı cavab verəcəyik”.

“Bəşarət müəllim, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirmişdi ki, direktor pul yığmır, valideyn komitələri özləri təşəbbüs göstərirlər. Bu açıqlamada 116 saylı məktəbdəki problem nəzərdə tutulur?”, – deyə dəqiqləşdirmək istədik. “Yox, burada ümumi vəziyyət nəzərdə tutulur. Söhbət hansısa konkret məktəbdən və ya direktordan getmir. O məktəblə bağlı araşdırmalar hələ davam edir. Qərar veriləcək, siz də biləcəksiniz. Sizinlə bərabər, bu məsələylə maraqlanan, sorğu göndərən başqa jurnalistlər də var”, – deyə B.Məmmədov qeyd etdi.142030944154a833c16771e8-39650018

“Ordakı məsələnin təfərrüatı, detalları hələ sizə məlum deyil?” – deyə soruşduq. “Əlbəttə, məlum olan bəzi məqamlar var, amma araşdırma getdiyinə görə, bu barədə danışmaq hələ tezdir.Bilirsiniz, elə düşünməyin ki, biz bu məsələnin həllində maraqlı deyilik. Bundan əvvəl bir məktəb direktoru da işdən çıxarılmışdı. Heç mətbuat bilmirdi, özümüz açıqladıq. Bakı Şəhər Təhsil İdarəsi bu və digər hallara qarşı öz münasibətini birmənalı göstərir. Biz də maraqlıyıq ki, məktəblərimizdə mənfi hallar tamamilə aradan qalxsın”, – deyə B.Məmmədov vurğuladı.

“Korrupsiya iddiaları öz təsdiqini tapsa, materiallar hüquq mühafizə orqanlarına təqdim olunacaqmı?”, – deyə maraqlandıq. “Gəlin, qabaqcadan nəsə deməyək. Mən özüm də mətbuatdan gəlmişəm, belə istiqamətləndirici suallara ehtiyac yoxdur”, – deyə BŞTİ nümayəndəsi bildirdi. Daha sonra, Bəşarət Məmmədov əməkdaşımızla eyni ad-soyada malik mərhum satirik şairimiz Rüfət Əhmədzadəni yada saldı və jurnalistə dost olmağı təklif etdi. Qısa dostlaşma mərasimindən sonra isə Bəşarət Məmmədov Qafqaz Xəbər Agentliyinin əməkdaşına tövsiyə etdi ki, işin prokurorluğa təqdim olunmasıyla çox maraqlanırsa, Təhsil Nazirliyinə sorğu göndərsin.img2002439

Bəşarət Məmmədovun sözlərini Qafqaznews.az-a şərh edən hüquq müdafiəçisi, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, əgər hansısa direktor rüşvət ittihamıyla işdən azad olunursa, mütləq prokurorluq orqanlarına da məlumat verilməlidir.

“Əvvəla, təqsirsizlik prezumpsiyası var. Heç kim məhkəmə qərarı olmadan korrupsiyada ittiham oluna bilməz. Əgər sübut varsa, bu, mütləq prokurorluq orqanlarına təqdim olunmalıdır. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu işi öz nəzarətinə götürə və gərəkli tədbirlər həyata keçirə bilər. Düşünürəm ki, korrupsiyaya görə işdən çıxarılan bir məmur barəsində cinayət işi açılmırsa, bu, başqalarına pis nümunə ola bilər. Sonra başqa direktorlar da deyəcəklər ki, mümkün qədər pul yığım, onsuz da tutmayacaqlar. Təhsil sisteminin düzəlməsini istəyiriksə, korrupsioner təhsil məmurlarına qarşı sərt tədbirlərdən çəkinməməliyik”, – deyə M.Zeynalova vurğuladı.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR