Ərdoğana sui-qəsd cəhdinin yeni görüntüləri-VİDEO

85440404Görüntülər hadisədən bir neçə ay sonra internetdə yerləşdirilib

Türkiyənin Marmaris bölgəsində 15 iyul tarixində prezident Rəcəb Tayyib Ərdoğana qarşı edilən sui-qəsd cəhdinin yeni görüntüləri yayılıb.

Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüntülər hadisədən bir neçə ay sonra internetdə yerləşdirilib.

Mobil telefon vasitəsilə çəkilən kadrlardan göründüyü kimi FETÖ-çülər Ərdoğanın qaldığı oteli bir neçə istiqamətdən atəşə tutub. Ərdoğanın oteldə olduğunu zənn edən qiyamçılar helikopterdən binanı gülləbaran ediblər. Hərbçilər daha sonra helikopterdən enərək oteli mühasirəyə alıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR