Mayamidə yaşayan Azəri Yusifzadənin İlqar Mahmudovla nə əlaqəsi var?

bezy-myanny-jElnur Allahverdiyev və Hüseyn Hacıyev suallara cavab verməkdən yayındılar…

Noyabrın 30-da Qafqaznews.az-da “İlqar Mahmudovun Səbaildəki biznes ortaqları kimlərdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Sabiq MTN başçısı Eldar Mahmudovun əmsioğlu, sabiq Səbail RPİ rəisi İlqar Mahmudovun istər Səbail rayonunda, istərsə də, Bakının digər rayonlarında bir çox biznes obyektlərinə nəzarət etməsi haqqında danışanlar az olmayıb. Lakin onun haqqında indiyə qədər yazan da çox deyildi.

Əvvəla, ona görə ki, İlqar Mahmudov MTN başçısının dost-doğmaca əmisioğlu idi və hər kəs onun DİO-da məhz “gələcək perspektivlər” naminə saxlanıldığını deyirdi. İkinci məqam isə ondan ibarətdir ki, ölkə mətbuatının başına “Gebbels” kəsilən fiqurlardan biri və hətta birincisi olan MTN başçısının müavini Elçin Əliyevlə İlqar Mahmudovun dostluq münasibətlərindən, tez-tez görüşüb yeyib-içmələrindən də az danışılmırdı.

elnur-abc-2-300x3001Elçin Əliyev isə MTN-in Səbail Rayon İdarəsinin sabiq rəisi olub və onun biznes ortağı kimi, “Kontakt Home”un və “ABC Telekom”un sahibi Elnur Allahverdiyevin adı da az hallandırılmayıb. Amma maraqlıdır ki, Elnur Allahverdiyev əvvəlki kimi, sərbəst şəkildə biznes fəaliyyətiylə məşğul olur və kimsə də, ondan soruşmur ki, “bu uğurlarını kimə borclusan?”…

2015-ci ilin noyabrında Qafqaznews.az-da dərc olunan bir yazıdan xatırlatma yerinə düşər: “Redaksiyamıza daxil olan məlumata görə Elnur Allahverdiyevin şəbəkəsindəki özbaşınalıqlardan bezən vətandaşlar mətbuata üz tutub onun əməllərini ifşa etmək istəyəndə, o, Elçin Əliyevə jurnalistlərdən şikayət edirdi, o da öz tutduğu vəzifəsindən istifadə edərək mətbuata təzyiq göstərib Elnur Allahverdiyevlə bağlı gedən yazıların qarşısını ala bilirdi.

Aldığımız digər məlumata görə, Elnur Allahverdiyev MTN-dən başqa bir neçə nüfuzlu fonda bağlılığı barədə də öz həmkarlarına söyləyirdi. Ancaq apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, Elnur Allahverdiyevin heç bir yerə bağlılığı yoxdur.

Amma ötən ay dövlət başçısının verdiyi sərəncamlardan sonra bəlli oldu ki, Elnur Allahverdiyev MTN-in muavini Elçin Əliyevə və keçmiş nazirin əmisi oğlu, Səbail RPİ-nin rəisi İlqar Mahmudova arxalanaraq yuxarıda qeyd etdiyimiz oyunlardan çıxıb və onun bu şəxslərdən savayı heç bir yerə bağlılığı olmayıb”.

İndi isə İlqar Mahmudovla birbaşa bağlılığı barədə iddialarda adı ən çox hallanan başqa bir iş adamına diqqət çəkməyi lazım bilirik: Hüseyn Hacıyev. Bakının müxtəlif rayonlarında, o cümlədən də, Mahmudovların birbaşa nəzarətdə saxladığı Səbail rayonunda inşaat işlərilə məşğul olub varlanan Hüseyn Hacıyev əslən Şəmkir rayonundandır, həmçinin, Respublikanın baş pediatrı Asim Uluxanovun kürəkənidir. Hüseyn Hacıyevin adının İlqar Mahmudovla hallandırılmasında başqa nüanslar da diqqəti çəkir. Belə ki, davamlı olaraq ölkə mətbuatına Hüseyn Hacıyevdən şikayət edən vətəndaşlar sonra müxtəlif şəkillərdə “cəzalandırılmış”, döyülmüş, hətta onlardan bəzilərinə Səbail RPİ-də cinayət işi də açılmışdı (!).

2014-cü ilin fevralında Qafqaznews.az-a daxil olan məlumatda bildirilirdi ki, 18 fevral 2014-cü il tarixdə təxminən sasnimok-kopiyaat 10:00 radələrində Səbail rayonu ərazisində zorakılıq hadisəsi baş verib. Belə ki, Dövlət Dəniz Adminstrasiyasının yaxınlığındakı binanın sakini Fariz Şahbazov əslən şəmkirli iş adamı Hüseyn Hacıyev və onun RİAD Təhlükəsizlik Xidmətinin əməkdaşları olan mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülüb. Hadisəyə müdaxilə etmək istəyən binanın komendantı, məcburi köçkün Anar Səttarzadə də mühafizəçilərin hücumuna məruz qalıb.

Qafqaznews.az əməkdaşı zərərçəkən Fariz Şahbazovla telefon əlaqəsi saxlayıb. Zərərçəkən bildirdi ki, baş verən hadisə əvvəlcədən ona qarşı planlaşdırılmış təxribat idi. Məlumat üçün qeyd edək ki, Fariz Şahbazov MSK-nın keçmiş sədri mərhum Cəfər Vəliyevin nəvəsidir.

Hüseyn Hacıyevin adamları tərəfindən döyülən Anar Səttarzadə 2014-cü ilin may ayında Baş prokuror Zakir Qaralova da müraciət etmiş, həmin ilin fevral ayının 18-də Səbail rayonu, Xanlar küçəsində komendantı olduğu binanın həyətində iş adamı Hüseyn Hacıyev və onun mühafizəçiləri tərəfindən vəhşicəsinə döyüldüyünü bildirmişdi.

Müraciətdə bildirilirdi ki, işi aparan Səbail RPİ-nin baş müstəntiqi Ziya Əliyev iş adamı Hüseyn Hacıyevin və onun “qoçu”larının tərəfini saxlayır, işə obyektiv baxmır, hətta zərərçəkəni təhqir edir, alçaldır, telefonla zəng edərək hədə-qorxu gəlir. Atası ağır ürək xəstəsi, əlil olan, öz doğma yurdundan didərgin düşən Anar Səttarzadə müraciət edərək baş prokurordan və daxili işlər nazirindən kömək istəyirdi. 1400333142_1400324764bezimyanniy_copyMüraciətdən 2 gün sonra, daha dəqiq desək, 17 may 2014-cü il tarixdə baş müstəntiq Ziya Əliyev zərərçəkən Anar Səttarzadəni yanına dəvət edərək onun barəsində şübhəli şəxs qismində 48 saatlıq həbs qəti imkan tədbiri seçib və Anara bildirib ki, baş prokurora və daxili işlər nazirinə müraciət sənə baha başa gələcək, qoy bu başqalarına da dərs olsun.

Bu yazının dərcindən sonra, obyektiv araşdırma aparmaq məqsədilə, Qafqaznews.az– əməkdaşı Elnur Allahverdiyevin mobil telefon nömrəsini əldə edərək, dekabrın 2-də onunla əlaqə saxladı. “Elnur müəllim, sabiq MTN başçısının müavini Elçin Əliyevlə yaxı münasibətlərinizin olması barədə məlumatlar yayılır. Bu barədə nə deyə bilərsiniz?” – deyə soruşduq.mtn_elchin__aliyev_1 “Bu, şayiədir. Və mən sizi şayiələrə inanmamağa çağırıram”, – deyə E.Allahverdiyev cavab verdi. “Elçin Əliyevin mətbuata sizinlə bağlı yazmamağı üçün təzyiqlər etdiyi də deyilir”, – deyə qeyd etdiksə də, sualımızı tamamlamamış, Elnur Allahverdiyev dəstəyi atdı.

Həmçinin, Hüseyn Hacıyevlə əlaqə saxladıq. “Anar Səttarzadə ilə bağlı cinayət işi açılmışdı. Deyəsən, onun indilərdə məhkəməsi olmalı idi. Amma onu döyənlərlə barışmışdı734898_510283565683160_168406210_nlar, barışıq olmuşdu”, – deyə H.Hacıyev dolayısı olaraq, A.Səttarzadənin döyüldüyünü təsdiqlədi. “Sizinlə əlaqəsi yoxdur o hadisənin?”, – deyə maraqlandıq.

“Xeyir, mənimlə əlaqəsi yoxdur”, – deyə H.Hacıyev təkzib etdi. “Sizin sabiq polis rəisi İlqar Mahmudovla da yaxın münasibətlərdə, hətta biznes şəriki olduğunuz haqda da məlumatlar yayılıb”, – deyə fikir öyrənmək üçün qeyd etdik.

Lakin Hüseyn Hacıyev “Sağ olun” deyərək, dəstəyi atdı. Araşdırma zamanı mənbələrdən məlumat əldə etdik ki, 2014-cü ildə baş vermiş hadisədə Hüseyn Hacıyevin binanı şərikli tikdiyi şəxs “NLT Telekom”un sahibi Azəri Yusifzadədir. Azəri Yusifzadənin hazırda Mayamidə yaşadığı, Azərbaycandakı biznesinə isə qardaşı Ülvi Yusifzadənin nəzarət etdiyi haqda məlumat da redaksiyamıza daxil oldu. Həmçinin, mənbələr bildirirlər ki, vaxtilə İlqar Mahmudov Azəri Yusifzadə və Hüseyn Hacıyevə Səbaildə şərait yaradıb, tikilən binaların maliyyə xərclərini isə əsas olaraq Azəri Yusifzadə qarşılayıb. Apardığımız araşdırma zamanı, həmçinin, Azəri Yusifzadənin qayınatası (həm də dayısı) Ramiz Həsənoğlu ilə də bağlı məlumat əldə etdik.ramiz_h-s-noglu

Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Xalq artisti (2006), tanınmış teatr, kino və televiziya rejissoru olan R.Həsənoğlu həmçinin Ramiz Drazi və Jorj Mirzəyev adları ilə də tanınır (vikipedia). A.Yusifzadə ilə bağlı su31804e9fc1ce3ee804b17b75a149ff80allarımızı SMS-lə Hüseyn Hacıyevə də yazmışıq, lakin Hüseyn Hacıyev nə zəngimizə, nə də SMS-izə cavab vermədi.

Həmçinin, sözügedən şəxsin qardaşı Ülvi Yusifzadənin də mobil nömrəsini əldə edərək, zəng etdik. Qarşı tərəf zənglərimizə cavab vermədikdə ona da SMS yazdıq və özümüzü təqdim edərək, bir neçə sualımızın olduğunu bildirdik. Lakin hələ bir cavab ala bilməmişik.

Biz İlqar Mahmudovun da mobil nömrəsini əldə edərək, onunla əlaqə saxladıq və adının Elnur Allahverdiyev, Azəri Yusifzadə və Hüseyn Hacıyev kimi iş adamlarıyla birgə hallandırıldığını bildirdik. “Nə məlumat yayırlar, başlarını divara döyürlər. Nə istəyirlər yaysınlar… Dədə, bir də bu nömrəyə zəng eləmə”, – deyə İlqar Mahmudov dəstəyi asdı. Araşdırma davam edir.

Sözardı: Yazı saytda yayımlanarkən, Ülvi Yusifzadə ilə danışa bildik. O, Səbaildəki bina və Hüseyn Hacıyevlə şəriklik məsələsini belə şərh etdi: “Bunun mənə nə dəxli var. Mənim heç nədən xəbərim yoxdur. İlqar Mahmudovu da tanımıram”.

Tamerlan Zeynallı

Qafqaznews.az

Mövzu ilə bağlı link:

http://qafqaznews.az/2016/11/ilqar-mahmudovun-s-baild-ki-biznes-ortaqlari-kiml-rdir-arasdirma/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR