70 yaşında ibtidai sinfi bitirdi

Türkiyənin Ordu şəhərində yaşayan 70 yaşındakı Ümmühan Mazlumoğlu adlı qadın maşın sürmək xəyalını gerçəkləşdirmək üçün ibtidai sinfi oxuyaraq diplom alıb.

Bundan sonra isə sürücülük kursuna qatılıb. İki dəfə yazılı imtahan verib, uğur qazana bilməyən qadın əzmlə davam edir və tezliklə sürücülük vəsiqəsi alacağına inanır. Hazırda isə Ü.Mazlumoğlu maşın sürmə texnikasını öyrənir. Türkiyənin “Hürriyyet” qəzetinə açıqlamasında 70 yaşlı qadın bildirib ki, uşaqlığından bəri ən böyük arzusu maşın sürmək olub.

Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR