ABŞ Kim Çen Namın KXDR casusları tərəfindən öldürüldüyünü hesab edir

Amerika administrasiyası fevralın 14-də Malayziyada dünyasını dəyişmiş Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen Inın qardaşı Kim Çen Nam qətlə yetirildiyindən şübhələnir. Vaşinqtonun fikrincə, baş verənlərə görə məsuliyyəti KXDR-nin xüsusi xidmət orqanları daşıyır.
“Report” xəbər verir ki, bu barədə Amerika hökumətində adı açıqlanmayan mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Bununla belə, mənbə sözügedən versiyaya dair “tutarlı dəlil” gətirməyib. Eyni zamanda, o bildirib ki, ABŞ hakimiyyəti Kim Çen Namın hansı şəraitdə öldüyünü hələ müəyyən etməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR