Bakının “ipə-sapa yatmayan” avtobus sürücüsü – VİDEO

O, svetoforun qırmızı işığında necə dayanmalı olduğunu öyrənməyib

Bakıda avtobus sürücüləri ilə bağlı nə qədər sərt addımlar atılsa da, yenə də özbaşına sürücülərə rast gəlmək mümkündür. Onlardan biri də fevralın 10-da Bakının Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişdiyi yolayrıcında Avtosfer.az-ən kamerasına düşüb. Belə ki, 77 saylı marşrut xətti üzrə fəaliyyət göstərən 10-TG-856 qeydiyyat nişanlı “Daewoo” markalı avtobusun sürücüsü tam olaraq əks istiqamətə çıxıb svetoforun icazə siqnalının yanmasını gözləyir. Daha sonra isə qəfil hərəkət edərək təhlükəli vəziyyət yaradır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR