Bürclər – 14 FEVRAL

Qoç – təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından geri çəkilməyin.

Buğa – problemlər nə qədər çox olsa da, ruhdan düşməyin. Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcək.

Əkizlər – şxsi münasibətlər müstəvisində təşəbbüslə çıxış etmək olar. Əks cinsin mənsubları ilə ünsiyyətdə diqqətli olun.

Xərçəng – olardan faydalı məsləhət və ya maraqlı informasiya ala bilərsiniz. Yorğunluğa şərait yaratmayın. İfrat yorğunluq bu gün xroniki ağrılarınızı kəskinləşdirə bilər.

Şir – yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər.

Qız – yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə münasibətlər pozula bilər.

Tərəzi – təhsil, tədris üçün əlverişli gün deyil. Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək çətindir.

 Əqrəb – insanların gur olduqları məkanlara yollanmayın. Dəvət olunduğunuz yerə getsəniz, xarici görünüşünüzə mütləq fikir verin. Sizi paltara görə qarşılayacaqlar.

Oxatan –  yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara da fikir verin.

Oğlaq – istənilən xırdalıq, detal mühüm rol oynaya bilər. Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı yüksəkdir.

Dolça – iri işə və ya layihəyə başlamayın. Cari işlərlə kifayətlənin. Yaxın ətrafdakı insanların davranışlarının dəyərləndirilməsində səhvə yol verə bilərsiniz.

Balıqlar – yeni tanışlıq uğurlu olmayacaq. Sizə əziz insanların sözlərinə diqqətlə qulaq asın. Məsləhətlər sizə istənilən çətinliyi dəf etməyə imkan verəcək.

Milli.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR