Çempionlar Liqası, 1/8 final: PSJ “Barselona” tilsimini qıra biləcəkmi?

Bu gün avrokuboklarda pley-off mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, 2 aydan çox çəkən fasilənin ardından ilk olaraq Çempionlar Liqasında 1/8 final mərhələsində mübarizə başlayır.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Qrup mərhələsində məğlubiyyət üzü görməyən PSJ “Barselona”nı qəbul edəcək. Son vaxtlar əla formada olan Unay Emerinin yetirmələri cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaqlar.

“Barselona” isə son 3 rəsmi oyunda məğlub etdiyi PSJ önündə uğurlu seriyanı davam etdirməyə çalışacaq.

Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gələcək. Portuqaliya çempionatının lideri güclü rəqibi büdrətmək və Almaniyaya sərfəli nəticə ilə yollanmaq arzusundadır. Amma “Borussiya”nın Madrid “Real”ının da yer aldığı F qrupunda birinci yeri tutduğunu unutmayaq.

UEFA Çempionlar Liqası. 1/8 final mərhələsi, ilk oyunlar

14 fevral

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR