Ermənilərin növbəti yalanı – “Ermənistana güzəştə getməyəcəyik” – VİDEO

Ermənistanın Gürcüstan ilə yaxın münasibətlər qurması zəruri olduğu halda, son 20 ildə iki ölkə arasında əlaqələr o qədər də inkişaf etməyib. Bunun bir çox səbəbləri var.

Politoloqlar isə deyirlər ki, əsas məsələ Ermənistanın Cavaxetiya, Abxaziya və Cənubi Osetiya problemləri ilə bağlı Tbilisinin mövqeyini dəstəkləməməsidir.

Ekspertlərin sözlərinə görə, son günlər mətbuatda Abxaziya dəmir yolunun açılması ilə bağlı yayımlanan informasiya heç bir reallığa uyğun deyil.

“ARB 24” telekanalı məsələylə bağlı geniş reportaj hazırlayıb.

Mahir Dərziyev – Gürcüstan parlamentinin deputatı: 

“Tanınmamış Abxaziyadan keçib gələrək Ermənistana gedən dəmiryolunun açılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Gürcüstanın hakimiyyət orqanları, dövlət orqanları səviyyəsində danışıqların aparılması ilə bağlı məlumat yoxdur”.

Qoça Varsalya – politoloq: “Ermənistan-Gürcüstan münasibətlərində Rusiya amilini diqqətdən kənar saxlamaq olmaz. Biz bilirik ki, Ermənistan bütün məsələlərdə Rusiya ilə Gürcüstan isə Avropa ilə inteqrasiya kursunu həyata keçirir. Tərəflər arasında siyasi və iqtisadi münasibətlərdə bu məsələ bəzən fikir ayrılığına səbəb olur.

Yerevanın bu cür dezinformasiya xarakterli məlumatlarının mətbuata sızması təbii ki, bir məqsəd güdür. Serjik və onun əlaltıları sosial-iqdisadi məngənədə boğulan ölkə vətəndaşlarını aldatmaq və onlara təsəlli verməkdir.

Mahir Dərziyev – Gürcüstan parlamentinin deputatı: “Təbii ki, bu dəmiryolunun açılması Ermənistanın maraqlarına uyğundur. Ermənistan höküməti məsələylə bağlı dəfələrlə Gürcüstan hökümətinə müraciət edib. Burada amma ayrı məqamlar var. Gürcüstanın ərazi bütövlüyünə təhdid olunan bütün məsələlərdə Gürcüstan höküməti heç bir güzəştə getməyəcək”.

Gela Vaşadze – politoloq: “Hərkəsə bəllidir ki, Ermənistan bu gün Rusiya ilə ticarət münasibətlərini Gürcüstanın yuxarı Lars gömrük qapısı üzərindən həyata keçirir. Amma gömrük qapısının texniki imkanları məhduddur. Bu da Ermənistan üçün ciddi problemlər yaradır. Digər nəqliyyat xətti isə yüklərin Qara dəniz vasitəsi ilə Batumi limanına və oradan Ermənistana daşınmasıdır. Bu nəqliyyat xətti olduqca bahalıdır və zəruri hallarda istifadə edilir. Belə olan halda Ermənistan məcburdu ki, Abxaziya dəmiryolunun açılmasına nail olsun. Lakin biz unutmamalıyıq ki, burada məsələ tək Ermənistan deyil, həmçinin Gürcüstanın işğal olunmuş ərazisi, tanınmamış Abxaziya məsələsi var. Bu problemlər isə elə də asan həll olunası məsələ deyil”.

Ekspertlərin sözlərinə görə, Ermənistanın 20 ildən artıqdır ki, həllinə çalışdığı dəmir yol məsələsi elə də asan həll olunan problem deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR