“Himnimizi kimin yazdığını bilmirsənsə, necə xalq artistisən?!” – Əli Mirəliyevdən Səməd Səmədova – VİDEO

“70 yaşı var, amma saçı qaradır, dodağı da silikonlu”

“Mən əvvəl də gözəl idim, indi də gözələm”

ARB TV-nin “Evgördü” verilişinin qonağı olan müğənni Əli Mirəliyev maraqlı açıqlamalar verib.

Belə ki, o, Səməd Səmədov haqda sərt fikrlər səsləndirib:
“Sən öz dilində danışırsansa, musiqini də bilməlisən. Öz musiqini bilmirsənsə, nədən danışa bilərsən?! Bizim xalq artistimizə sual verirlər ki, himnimizi kim yazıb? Səməd Səmədov himnimizi kimin yazdığını bilmir. Bunu balaca uşaqdan da soruşsan, vətənpərvərlik hissi varsa, biləcək. Ora-burasın kəsir, sırğa taxır, 70 yaşı var, amma saçı qaradır, dodağın silikonlaşdırır. Qadın olsa yenə nəsə anlamaq olar. Mən də o saçları saxlaya bilərdim. Mən o yaşında da gözəl olmuşam, indi də gözələm. Kişi gərək kişi kimi olsun. Orasın-burasın dartdırmaqla kişi olunmur. Bu cür iradlarımdan sonra məndən inciyirlər. Səmədlə biz dostuq. Televiziyada gördüm ki, himnimizin sözlərini kimin yazdığını bilmir. Dedim ki, bilmirsənsə, vəziyyətdən çıxardın da, soruşardın məndən. Himnin sözlərini kimin yazdığını bilmirsənsə, sən necə xalq artistisən?! Hər bir vətəndaş bilməlidir. Mən ona düzgün yol göstərirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR