Hindistan Çin və Pakistandan qorunmaq üçün 400 hərbi döyüş təyyarəsi alır

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) 2030-cü ilədək 400 ədəd hərbi döyüş təyyarəsi almağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə yerli “Aero India” sərgi nəşri məlumat yayıb.

“Hindistan HHQ hazırda 2030-cu ilədək təqribən 400 hərbi təyyarənin alınması üzrə proqram həyata keçirir”, – deyə məlumatda qeyd olunur.

Bildirilir ki, HHQ-nin gücləndirilməsi Çin və Pakistan tərəfindən gözlənilən təhlükəni dəf etmək zərurəti daşıyır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR