Hüquqşünas-ekspert Aqil Qəhrəmanov 39 yaşını qeyd edir

Bu gün tanınmış hüquqşünas-ekspert, təqaüddə olan polis mayoru Aqil Qəhrəmanovun 39 yaşı tamam oldu.

Azərbaycan Polis Akademiyasının ilk məzunlarından olan, 22 il daxili işlər orqanlarında şərəflə və dövlətçiliyə sədaqətlə xidmət edən Aqil Qəhrəmanov təqaüdə çıxdıqdan sonra da, öz missiyasını unutmur.

O, hazırda hüquqşünas-ekspert olaraq, vətəndaşlara hüquqi yardımlar göstərir və qısa bir zamanda ölkə mətbuatında da açıqlamaları ilə diqqəti çəkir.

Son zamanlar Qafqaz Xəbər Media Mərkəzinin fəaliyyətinə yaxından dəstək olan, az qala hər bir mətbuat konfransına qatılaraq, öz fikirlərini bölüşən Aqil Qəhrəmanov jurnalistlərin də etibarlı dostuna çevrilib.

Qafqaz Xəbər Agentliyinin kollektivi adından, hüquqşünas dostumuzu ürəkdən təbrik edir və ona şərəfli missiyasında uğurlar arzulayırıq.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR