Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb

Avstraliya aktyoru Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb.

Qafqaznews.az Report-a istinadla xəbər verir ki, bu barədə aktyorun özü “Instagram” səhifəsində məlumat verib.

O, növbəti dəfə bazal hüceyrəli karsinomadan müalicə aldığını qeyd edib.

Aktyor tez-tez edilən müayinələr və həkimlərin sayəsində hər şeyin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, H.Cekman ilk dəfə dəri xərçəngi xəstəliyindən 2013-cü ilin noyabr ayında müalicə alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR