“Milyon -milyon qızılgül” nəğməsinin əsl qəhrəmanları kim idi ? – VIDEO

Hər kəsin sevə- sevə dinlədiyi və bütün dünyada Alla Puqaçovanın ifasında məhurlaşan “ Milyon -milyon qızılgüllər mahnısın əslində gerçək qəhrəmanları var idi və bu mahnı bəlkə də elə əsl sevginin serenadası olduğu üçün bu qədər uzun ömürlü və uğurlu oldu.

Sevdiyi qadın üçün evini və əlində olan hər şeyi satıb ona milyonlarla qızılgüllər bəxş edən kasıb rəssam və o məşhur müğənni kim idi. Bizimyol.info bu gün sevgi hekayəsinin tarixçəsindən söz açacaq.
Gürcüstanlı rəssam Niko Pirosmani (Niko Pirosmanaşvili) xalq arasından çıxmış, sənətinə də yüksək istedadı sahəssində nail olmuşdu. O çəkdiyi rəsmləri bir nahar yeməyinə dəyişir və kasıb həyat tərzi yaşayrıdı.


1905- ci ildə Tbilisidə qəzetlərdə Parisin “ Bel Vyu” miniatür teatrının aktrisası şanson müğənni və rəqqas Marqarita de Sevrin qastrola gəlməsi barədə elan verildi. Rəssam aktrisanın qəzetdəki fotoşəklinə heyran olur və onun şərəfinə “Aktrisa Marqarita adlı portretini çəkir. Bu əsər uzun illər sona nüfuzlu muzeylərin qalereyalarını bəzəyəcəkdi.

Daha sonra müğənninin konsertinə gedən rəssamın heyranlığı daha da artır və o bu möhtəşəm səs sahibinə öz sevgisini izhar etmək üçün bütün Tibilisidəki gül dükanlarındakı bütün çiçəkləri satın olaraq onun qaldığı otelə düz 9 fayton dolusu çiçək göndərir. Mahnıdakı sözlərdən fərqli olaraq rəssam Marqaritaya yalnız qızılgülllər deyil hər növ rəngarəng çiçəklər göndərmişdi.

Şəhər əfsanələrinə görə aktrisa bu səxavətli davranış qarşısında rəssamı konsertinə dəvət etmiş və minnətdarlıqla öpmüşdü. Digər əfsanəyə görə isə rəssamla Marqarita heç üz – üzə gələ bilməmişdilər.

1968-ci ildə, bu hadisədən 53 il sonra Luvrda Noko Pirosmaninin sərgisi keçirilirdi. Rəssasm artıq 50 il idi dünyasını dəyişmişdi. Deyilənə görə Marqarita de Sevr artıq qocalmış öz portretinin qarşısında saatlarla dayanmış və göz yaşı tökmüşdü.

Qəhrəmanlarının dünyasını dəyişməsinə baxmayaraq bu gözəl sevgi əfsanəsi isə hələ də yaşamaqdadır və yəqin ki, uzun illər unudulmayaraq yaradıcı insanları ilhamlandıracaq.
İlhamə Rəsulova

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR