Senat Stiven Mnuçini ABŞ-ın maliyyə naziri vəzifəsinə təsdiq edib

ABŞ Senatı bazar ertəsi axşam Stiven Mnuçini ölkənin maliyyə naziri vəzifəsinə təsdiq edib.

“Report” xəbər verir ki, səsvermə zamanı Mnuçinin namizədliyi 53 səs toplayıb. Onun sözügedən vəzifəyə təsdiqinə qarşı 47 senator çıxış edib.

Mnuçin ABŞ prezidenti Donald Tramp komandasının Senat tərəfindən öz təsdiqini tapan onuncu üzvüdür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR