Alimlər: Yaşıl çay xərçəng hüceyrələrini məhv edir

Yaşıl çaydakı EGCG antioksidantları xərçəng hüceyrələrini məhv edir.

“Report” xəbər verir ki, Amerika alimlərinin tədqiqatını “Nature Communications” jurnalı dərc edib.

Qeyd edilir ki, bu maddə dezoksiribinuklein turşusunun ciddi zədələnməsi zamanı hüceyrənin özünü məhv edən p53 zülalını istehsal etməyə məcbur edir. Gendəki mutasiyalar sayəsində xərçəng şişləri meydana gəlir. Buna görə xərçəng kimyaterapiya üsulundan daha yaxşı müalicə olunur.

Alimlər müəyyənləşdiriblər ki, bəzən p53 zülalının geni bütöv qalır, lakin onun fəallığı dezoksiribinuklein turşusunun digər hissələrində dəyişikliklər səbəbindən azalır.

EGCG maddəsi yaşıl çayın yarpağındadır və insanın, heyvanların orqanizmində iltihabları azaldır.

Zəncəfilli çay isə xolesterinin səviyyəsini aşağı salmağa, xərçəng xəstəliyinin yaranma riskini azaltmağa və oynaqlarda ağrını yüngülləşdirməyə kömək edən güclü müalicəvi xüsusiyyətlərə malikdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR