Sağlam qidanın fəsadları

“Yalnız sağlam qida qəbul etmək insan orqanizminə zərər verə bilər”.

“Report”un məlumatına görə, bunu “Sputnik”ə psixoloq, sağlam qidalanma mütəxəssisi İvan Alimenko deyib.

“Diyetoloq kurslarına yazılıb, orada iştirak etmək çox dəbdədir. Bu ümumiyyətlə anlaşılmaz peşədir. Əsas tibbi təhsili, anlayışı və təcrübəsi olmayan insanlar sağlam qidalanma ilə bağlı tövsiyələr verməyə başlayırlar. “Mütəxəssislər” tez-tez “superfoods” yeməyi məsləhət görürlər. Bu termin elm tərəfindən tanınmır və onların dedikləri müxtəlif, bahalı giləmeyvələrdir”-deyə, o bildirib.

Onun sözlərinə, bu cür qidalardan nəticə gözləmək lazım deyil:

“Bu məhsullardan çox az fayda var. Xüsusi allergik reaksiyalarınız, vitaminlər metabolizması ilə əlaqədar nadir problemləriniz yoxdursa, bunlar yalnız əlavə xərclərdir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR