Azərbaycan yaşıl meydanda qüvvəsini Qətərlə sınayacaq

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini Qətər yığması ilə sınayacaq.

Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib, amma bu komanda ilə matçlar hazırlıq xarakteri daşıdığı üçün qrupda xal bölgüsünə təsir etmir.

Azərbaycan yığması Qətərlə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesabı bitib, 2017-ci ildə isə milli rəqibini məğlub edib – 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər – Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. “Nadyerdeyi” stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR