COVİD xəstələrinin sayı qəsdən şişirdilir? – Professor

“Bu artım həqiqətən var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Professor Adil Qeybulla son günlər sosial şəbəkələrdə koronavurusa yoluxan xəstələrin sayının şişirdilməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu gün dünyada koronavirusun üçüncü dalğasından söhbət gedir:

 “Birincisi, bunun baş tutub-tutmayacağını deyə bilmərik. İkincisi, biz real rəqəmləri də deyə bilmərik. Çünki elan olunan rəqəmlər test olunan xəstələrə aiddir”.
Koronavurusa yoluxan xəstələrin sayının şişirdilməsi məsələsinə gəlincə, Adil Qeybulla “bunun üçün ortada sübut olmalıdır”, – deyə bildirib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, martın 11-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR