DÇ-2022: Avropa zonası üzrə seçmə mərhələ oyunları başlayır

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start veriləcək.

İlk turda A, D, E, G və H qruplarınada ümumilikdə 13 görüş baş tutacaq.

Günün ilk matçı Türkiyə və Niderland yığmaları arasında olacaq. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Digər oyunlar isə 23:45-də başlayacaq.

Azərbaycan millisinin yer aldığı A qrupunda 3 qarşılaşma oynanılacaq. Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyada Portuqaliya yığması ilə, Serbiya seçməsi evdə İrlandiya ilə üz-üzə gələcək. Bu qrupun Qətər – Lüksemburq oyunu isə hazırlıq xarakteri daşıyır.

D qrupunda Fransa – Ukrayna, E qrupunda Belçika – Uels və H qrupunda Sloveniya – Xorvatiya oyunları maraqla gözlənilir.

DÇ-2022-nin seçmə mərhələsi

I tur

A qrupu

21:00. Qətər – Lüksemburq

23:45. Portuqaliya – Azərbaycan

23:45. Serbiya – İrlandiya

D qrupu

23:45. Finlandiya – Bosniya və Herseqovina

23:45. Fransa – Ukrayna

E qrupu

23:45. Belçika – Uels

23:45. Estoniya – Çexiya

G qrupu

21:00. Türkiyə – Niderland

23:45. Cəbəllütariq – Norveç

23:45. Latviya – Monteneqro

H qrupu

23:45. Kipr – Slovakiya

23:45. Malta – Rusiya

23:45. Sloveniya – Xorvatiya

Qeyd edək ki, sabah seçmə mərhələdə daha 13 görüş gerçəkləşəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR