Gəmi qəzası dünya iqtisadiyyatını çökdürə bilər: Hər gün 10 milyard dollar itirilir

Misirin Süveyş kanalında ilişən Even Given gəmisi ilə bağlı problem qlobal miqyası almaqda davam edir.
Çindən Rotterdama konteynerlər daşıyan 400 metrlik gəminin martın 24-də dayaz ərazidə ilişməsi kanalda hərəkəti tam iflic edib.
Hazırda Süveyş kanalı istiqamətində 150-dən artıq yük gəmisi qalıb.  Dünya gəmi daşımalarının 10-15%-I kanalın payına düşyüü üçün hərəkətin dayanması dünya iqtisadiyyatına birbaşa təsir edib.
Ekspertlər Qara dənizdən Aralıq dənizinə uzanana 200 kilometrlik dar kanaldan hər il 1 milyard tondan çox yük daşıyan 19 mindən çox gəminin keçdiyini bildirir.
Yaxın və Orta Şərqdən Avropa və Şimali Amerikaya neft daşımalarının əsas hissəsi Suveyş kanalından keçdiyi üçün “qara qızıl”ın qiyməti bu günlərdə 10%-dən çox bahalaşıb.
Süveyş kanalında hərəkətin dayanmasına görə, dünya iqtisadiyyatı hər gün azı 9,6 milyard dollar itirir.//Modern.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR