Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 313 812 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 0007 nəfərdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR