Baloğlan Əşrəfov da koronavirusa yoluxdu: özünü yaxşı hiss etmir

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.
Qafqaznews.az Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib.
“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.
Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə müğənniyə qaraciyər köçürülmüşdü.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR