Daha bir güləşçimiz ermənini məğlub etdi

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov təsəlliverici görüşdə Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.

Süleymanov medal uğrunda qarşılaşmada ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR