Deputat həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin bərpasından danışdı

“Həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Byaramov deyib. Onun sözlərinə görə, son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirlərdi bir-birindən fərqlənir:
“Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftə sonları ictimai nəqliyyatın işləməməsidir. Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftə sonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftə sonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır”. 
Deputat qeyd edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasında pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur:
“Məsələn, həftə sonları ictimai nəqliyyatın gecəyarısınadək deyil, səhər saatlarından axşam 20.00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu həftə sonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR