Düşməni daim qorxuda saxlayan Qənimətlər Parkı – VİDEO

Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı salınıb.

“Report” xəbər verir ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-yədək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir. Xatırladaq ki, parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.

Hərbi Qənimətlər Parkından videoreportajı təqdim edirik.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR