Gənclər və İdman Nazirliyi: Azad Rəhimov vəfat etməyib

Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsi Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişməsi haqda post paylaşıb.AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün nazirliyin sözcüsü Səmayə Məmmədova ilə əlaqə saxlayıb.O deyib ki, nazirin vəfatı ilə bağlı xəbər doğru deyil:“Bilmirəm MOK niyə belə yanlışa yol verib. Ancaq cənab nazirin ürəyi hələ döyünür. Vəziyyəti ağır olaraq qalır. Nəsə olsa mən özüm sizə məlumat verəcəm”.Günel Hüseynli

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR