Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

HİT.Az xəbər verir ki, bu barədə qərar YAP-nın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

O, eyni zamanda YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən, eləcə də YAP Veteranlar Şurasının üzvlüyündən də azad edilib. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR