Keçmiş nazirin şirkəti LƏĞV OLUNUR

Qafqaznews.az “Improtex Group” MMC-yə daxil olan “Improtex Trading” MMC ləğv olunaraq holdinqin digər şirkəti – “Improtex Motors” MMC-yə qoşulduğunu elan edib.

Report.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc olunub 

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR