Reyhan ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olub

Dünyanın ən məşhur dərgilərindən olan “Forbes” jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı Reyhan Camalova ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul olunub.

Bu barədə gənc ixtiraçı öz feysbuk səhifəsində yazıb.

Onun qəbul olduğu universitetlər arasında Stanford, Pensilvaniya, Dyuk və digər universitetlər var:

  1. Stanford Universiteti
  2. Pensilvaniya Universiteti – Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul alıb.
  3. Dyuk Universiteti (Tam – illik 85,903 dollar təqaüdlə) – Martın ortasında erkən qəbul (likely letter) alıb.
  4. Braun Universiteti (Tam – illik 85,574 dollar təqaüdlə)
  5. Amherst Kolleci (Tam – illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri olub.
  6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences).
  7. Toronto Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA).

Qeyd edək ki, Reyhan Camalova “ClimateLaunchpad Azerbaijan” proqramının məzunudur. O, 2017-ci ildə, 15 yaşında yağışdan elektrik enerjisi əldə edən “Rainergy” qurğusunu ixtira edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR