Son sutkada koronavirusa yoluxanların statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2047 yeni yoluxma faktı qeydə alınıb, 2610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 39 nəfər “COVID-19”dan vəfat edib.

Bu gün Azərbaycanda koronavirus əleyhinə 15 min 77 vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 9 min 205, ikinci mərhələ üzrə 5 min 872 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 381 min 967, birinci mərhələ üzrə vaksin olunanların sayı 917 min 877, ikinci mərhələ üzrə isə 464 min 90 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR