6 gündən sonra Azərbaycanda karantin bitir – AÇIQLAMA

Ölkədə tətbiq olunan karantinin müddəti 1 iyun tarixində bitir.Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına görə, ölkədə davam edən karantin rejimi 1 iyuna qədər uzadılmışdı. Nəzərə alsaq ki, artıq may ayının 24-cü günüdür, 3 gündən sonra yenidən qeyri-iş günləri başlayacaq.Belə ki, 28 May Respublika günü, 29-30 may isə şənbə və bazar günlərinə düşür. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın 28 maya qədər brifinq keçirəcəyi gözlənilir.Xatırladaq ki, ötən həftə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva açıq havada maska taxmaq məcburiyyətinin ləğv olunması ilə bağlı müzakirələrin aparıldığını açıqlamışdı.Nazirlər Kabineti yanında Operativ Qərargahın bu həftə brifinq keçirib-keçirməyəcəyi ilə bağlı cebhe.info-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov onda belə bir məlumatım olmadığını deyib.TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış da birinfiqin olub-olmayacağı ilə bağlı məlumatsız olduqlarını bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR