Açıq havada maskalardan imtina REALDIRMI? – Ekspert danışır

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər. Bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır: “Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən tibb elmləri üzrə fəlsəfə doktoru, professor Adil Qeybulla vurğulayıb ki, karantin qaydalarının yumşaldılması ilk növbədə epidemioloji vəziyyətlə bağlıdır. O qeyd edib ki, mutant ştamların peyda olma imkanları qaçılmazdır:

“Əlbəttə ki, indiyədək koronavirusun gedişi ilə bağlı proqnozlar özünü doğrultmadı. İl yarımdır ki, artıq bu proses gedir. Bildiyimiz kimi, Hindistanda ikili mutasiya olunmuş ştamm var. Hələ o ştammın hansı davranış sərgiləyəcəyini bilmirik. Yəni bütün dünyaya yayılıb dördüncü dalğanı əmələ gətirəcək, ya yox. Yoxsa sadəcə yerində lokallaşacaq. Əlbəttə, bunlardan asılı olaraq karantin qaydaları ya sərtləşdirilə, ya da yumşaldıla bilər. Bu hamısı epidemioloji vəziyyətə bağlı olacaq. Maska məsələsinə gəlincə hesab edirəm ki, bu məsələ də bir qədər ehtiyatlı olmaq lazımdır”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR